İlham Əliyev əvvəllər Qarabağın erməni etnik qrupunun nəzarətində olan Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakının bütün şərtlərini İrəvanın qəbul etməli olduğunu vurğulayaraq deyib: “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər.”
Prezident daha sonra deyib: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.”
Sizin rəyiniz